Əlaqə Arxiv
news Image
2012.11.07
07:41
| A A A
“Vergi bazası genişləndirilməlidir”
2013-cü il büdcə göstəriciləri inflyasiya riskini artıra bilər

Azərbaycanda vergi bazası genişləndirilməlidir. Belə bir təkliflə millət vəkili Əli Məsimli Milli Məclisin komitələrində 2013-cü il büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, 2013-cü il büdcə göstəriciləri inflyasiya riskini artıra bilər. Millət vəkili bunun üçün hökumətin bu istiqamətdə, xüsusilə də süni qiymət artımına qarşı işlər görməli olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanda vergi bazasının genişləndirilməsi önəmlidir: "Azərbaycanda kölgə iqtisadiyyatı hazırda 7 faiz təşkil edir, bunun leqallaşdırılması ilə büdcədən pensiya fonduna vəsait verilməsində qənaət edilə bilər".

Ə.Mənsimli xatırladıb ki, son 5 ildə Dövlət Neft Fondunun gəlirləri 11 dəfə artıb. Yəni, Fondun artımı büdcə artımını da üstələyib.

Deputat hazırda gənclərin ipoteka kreditindən yararlana bilmədiyini deyib.

"Belə ki, hazırda sosial ipotekanın məbləği 35 min manatdır, orta aylıq əmək haqqı isə 400 manatdır ki, bu da 17 min manatlıq ipotekanı gərəkdirir".
Sizin Reklam Yeriniz