Əlaqə Arxiv
news Image
2012.11.08
07:25
| A A A
“Gürcüstanın yeni hökuməti ilə heç bir siyasi problemimiz yoxdur”
ARDNŞ TANAP-dakı payının bir hissəsini xarici şirkətlərə satır

Gürcüstanın yeni hökuməti ilə heç bir siyasi problemimiz yoxdur. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev son günlər bir sıra KİV-lərdə Gürcüstanın yeni hökumətinin enerji sahəsində Azərbaycanla imzalanan müqaviləyə yenidən baxacağı barədə gedən yazılara münasibət bildirərkən deyib: "ARDNŞ Gürcüstanla normal iş rejimində işləyir. Mən bilmirəm ki, siz haradan bu informasiyanı götürürsünüz. Açığın deyim, məndə belə bir informasiya yoxdur. Biz Gürcüstanla işimizi biznes əsasında qurmuşuq və bu sahədə siyasi heç bir problemimiz yoxdur".

Abdullayev bildirib ki, gələn ilin sentyabrında Dövlət Neft Şirkəti yeni gəmiqayırma zavodunun tikintisini başa çatdıracaq. O vurğulayıb ki, hazırda bu işin icrası həyata keçirilir.

Xatirladaq ki, zavod Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunur.

Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın bütün regionlarında qazlaşdırılması prosesi sürətlə aparılır. O deyib ki, 2013-cü ildə Azərbaycanda regionların qazlaşdırılması işi daha da sürətlə aparılacaq: "Ölkə Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətinin qarşısına qoyduğu tapşırığa əsasən, 2014-cü ilədək ölkənin 95 faiz hissəsində qazlaşma işi başa çatdırılacaq".

Rövnəq Abdullayev qeyd edib ki, TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin "BOTAŞ" və TPAO şirkətləri isə birlikdə 20% paya malik olub. Onun sözlərinə görə, ARDNŞ-ə məxsus səhmlərin 29%-ni "Şahdəniz" Konsorsiumundakı tərəfdaşlarına - bp, "Statoil" və "Total" şirkətlərinə təklif edib. bp və "Statoil" bu layihədə hərəyə 12%, "Total" şirkəti isə 5% pay əldə etmək niyyətindədirlər.

Xatırladaq ki, TANAP qaz kəmərinin tikintisi işlərinə 2013-cü ildə başlanacaq. İnşaat işlərinin 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır.

Sizin Reklam Yeriniz