news Image
2012.04.18
10:40
| A A A
Azərbaycan Hindistan dərmanlarının idxalına seçimlə yanaşır

Hindistanın 24 əczaçılıq zavodunun preparatları Azərbaycanda qeydiyyata alınıb. Bunu SalamNews-a səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Hindistan ilə əczaçılıq sahəsində əməkdaşlığı mövcuddur. Sovet dövründə də Hindistanın tanınmış dərman preparatlarının satışına icazə verilmişdi. Bu, tam standartlara cavab verirdi. O deyib: "Hindistanın bu gün də dünya standartlarına cavab verən dərmanları var və həmin dərmanların satışı hazırda Azərbaycanda həyata keçirilir. Azərbaycan bazarında Hindistan dərmanları uğurla satılır. Hazırda Hidistanda dərman şirkətlərinin sayı mindən çoxdur. Həmçinin çoxlu sayda əczaçılıq zavodları mövcuddur". Nazir müavini vurğulayıb ki, bunların hamısı standartlara cavab vermir və ona görə də biz Hindistan dərmanlarının ölkəmizdə idxalına seçimlə yanaşırıq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs