Əlaqə Arxiv
news Image
2012.11.13
16:22
| A A A
Ermənilərə qan udduran Azərbaycan snayperləri
Yerli istehsal olan snayperlərimiz ermənilərin qorxulu röyasına çevrilir Cəbhə xəttində Azərbaycanın Ermənistan üzərində birmənalı hərbi üstünlüyə malik olması və ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə hazır ooduğu artıq beynəlxalq miqyasda da açıq etiraf olunmaqdadır. Müxtəlif müasir hərbi texnika ilə təmin olunan Azərbaycan Ordusu ilə üz-üzə gəlmək indi ermənilərin ən qorxulu kabusundan birinə çevrilib. Elə bunun nəticəsidir ki, onlar hər vəchlə xarici havadarlarından Azərbaycanın gücə əl atmasının qarşısını almağı xahiş etməkdə, onlara yalvarmaqdadırlar.
Cəbhə zonasında isə ermənilərin canına qorxu salanlar sırasında Azərbaycan snayperləri də xüsusilə seçilənlər sırasındadır. O da sevindirici haldır ki, bu snayperlərin artıq böyük əksəriyyəti yerli istehsaldır. Snayper tüfəngləri sahəsində Azərbaycanın hərbi-sənaye kompleksinin fəxri İST 14.5 mm-i ("İstiqlal") və onun "kiçildilmiş" variantı - 12,7 mm çaplı "İstiqlal" snayper tüfənglərini göstərmək olar.
14,5 mm çaplı "İstiqlal"ın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Ölkəmizin müxtəlif sərgilərdə təqdim etdiyi bu silah Azərbaycandan başqa, Pakistan, Türkiyə və İordaniya ordularının silahlanmasına qəbul edilib.
"Kiçik" "İstiqlal - snayper tüfənginin 12,7 mm çaplı variantı 12.7x108 mm patronlarla atəş açır, çəkisi 16 kq çatan tüfəng 2000 metr effektiv atəş məsafəsinə malikdir. Yeni silahın fərqli xüsusiyyətləri də var: məsələn, İST 12,7 mm-dən buraxılmış güllə 100 metr məsafədə 20 mm qalınlığında zirehi deşməyə qadirdir. Hazırda ölkəmizdən başqa Türkiyənin MKEK şirkəti tərəfindən istehsal olunur.
"İstiqlal" snayperinin istehsalı və ideyası Azərbaycana aiddir. Bu arada isə o da məlum olub ki, Azərbaycan mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi gələn ilin əvvəllərində orduda silahlanmaya qəbul ediləcək. "AzeriDefence"in məlumatına görə, bu silahla bağlı sınaqlar zamanı silah üzərində xeyli təkmilləşdirmələr aparılsa da bu barədə detalların açıqlanması məqsədəuyğun sayılmayıb.
"İstiqlal" snayper tüfəngi ailəsindən olan yeni tüfəng silahlanmaya "Mübariz" adı ilə qəbul ediləcək. Qeyd edək ki, yeni tüfəng noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində "İndoDefence -2012" müdafiə sərgisində nümayiş olunub. Bu tüfəng eyni zamanda Azərbaycanın lisenziyası ilə Türkiyənin MKEK şirkəti tərəfindən də istehsal ediləcək.
Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla təchiz olunub.
12.7x108 mm-lik patronlardan atəş açan "Mübariz" -50, +50 dərəcə tempraturda effektiv istifadə oluna bilir. Silahın təyinatına düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atış məsafəsi 2 min metr təşkil edir.
Ermənistanda isə bir müddətdir ki, K-15 adı altında 12,7 mm çaplı snayper tüfəngləri silahlanmaya qəbul edilib. 2000 metr məsafəyə tək-tək rejimdə atəş aça bilən bu tüfəngin çəkisi 18 kq təşkil edir. Optik nişangahı hədəfi 6 dəfəyə qədər yaxınlaşdıra bilir. Hazırda K-15 qoşun sınaqları keçir və hələlik silahlanmaya qəbul edilməyib. Bu silahın bir xüsusiyyəti də, onun maqazin vasitəsilə deyil, "dayandoldurum" tüfənglər kimi doldurulmasındadır. Yəni onlar Azərbaycan snayperləri ilə heç müqayisəyə belə gələ bilməzlər.
Son illər Ermənistanda istehsal digər bir atıcı silah K-3 tipli avtomatdır. Çəkisi 3,4 kq təşkil edən avtomat 5,45 mm çaplı patronlarla atəş açır. Dəqiqədə 600 atəş aça bilən avtomatın nişangah məsafəsi 400 metrdir. Avtomat 30 güllə tutan daraqla təchiz olunur.
Ötən ildən başlayaraq, Azərbaycan və Rusiya arasında imzalanmış sazişə görə, ölkəmizdə AK-74M "Xəzri" avtomatlarının istehsalına başlanılıb. 5,45 mm çaölı patronlarla atəş açan silahın atış sürəti dəqiqədə 650-yə bərabərdir. Nişangah məsafəsi 1000 metr, gecəgörmə nişangahı ilə 300 metr təşkil edir. "Xəzri" artıq 50 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində silahlanmaya qəbul edilmiş və elə son 50 ilin bütün müharibələrində iştirak etmiş Kalaşnikov avtomatlarının bazasında yaradılıb. O, AK-74M kimi eyni çəkiyə malik olsa da, digərlərindən xarici görünüşündə belə fərqlənir. Avtomatın üzərinə gecəgörmə, lazer tuşlaması, işıqlandırma sistemləri quraşdırmaq olar. Yəni bu sahə də də əsas üstünlük Azərbaycana məxsusdur. Digər hərbi texnikalar barədə də eyni sözləri demək olar.
Sizin Reklam Yeriniz