Əlaqə Arxiv
news Image
2012.11.16
07:54
| A A A
«Bölgələrdə soyuducu anbarlardan istifadənin səmərəliliyi araşdırılmalıdır»
«Çox təəssüf ki, həmin rayon və şəhərlərdəki meyvə-tərəvəz nə şəhərə gətirilir, nə satılır, yem kimi mal-qaraya verilir»

Azərbaycanın regionlarındainşa olunan soyuducu anbarlar ilə əməkdaşlıq bəzi hallarda kiçik sahibkarlar üçün səmərəli deyil. Bunu Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin plenar iclasında bildirib. İclasda iştirak edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovaya müraciət edən O.Əsədov meyvə-tərəvəz bazarındakı vəziyyəti xatırladıb və dövlət xətti ilə sahibkarlara ayrılan güzəştli kreditlər hesabına inşa olunan soyuducu anbarlardakı qiymətlərlə maraqlanmağı məsləhət görüb. Spiker bu soyuducuların səmərəli işləməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, 2-3 hektar sahəsi olan kiçik sahibkarların bu soyuduculardan istifadəsi imkanları araşdırılmalıdır: "Çox təəssüf ki, həmin rayon və şəhərlərdəki meyvə-tərəvəz nə şəhərə gətirilir, nə satılır, yem kimi mal-qaraya verilir. Bunun qarşısını almaq vacibdir".

Sizin Reklam Yeriniz