Əlaqə Arxiv
news Image
2012.11.21
07:48
| A A A
Azərbaycan Gürcüstandan keçən boru xətləri və kəmərləri olan torpaqları almalıdır
“Azərbaycanın güclü siyasi və iqtisadi dəstəyi olmadan bu ölkənin müstəqil dövlət kimi ayaqda durması çətin görünür”

Gürcüstan Azərbaycandan asılı vəziyyətdədir. Bu ölkəyə ən çox yardım edən və dəstək göstərən Azərbaycandır.

Ancaq son zamanlar Gürcüstanda yeni hökumətin hakimiyyətə gəlməsi ilə müəyyən problemlər müşahidə olunur. Bu fikirləri Milli Məclisin (MM) noyabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun qeyd etdiyinə görə, xüsusilə də Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda olan törəmə şirkəti və tariflər məsələsi ilə bağlı Gürcüstan tərəfindən problemlər yaşadılmaqdadır. Millət vəkili həmçinin bildirib ki, yeni hökumətin gəlişi ilə Gürcüstanda yaşayan soydaşlarımız da müəyyən problemlərlə üzləşməkdədirlər.

"Hər halda biz bunları mətbuatdan oxuyuruq və bilirik. Bu gün bir məsələ var ki, Azərbaycanın bütün neft-qaz dəmir yolu layihələri ilə bağlı reallaşdırdığı xətlər, kəmərlər Gürcüstan ərazisindən keçir. Yaxşı olardı ki, Azərbaycan həmin xətlər, kəmərlər keçən əraziləri, torpaq sahələrini Gürcüstandan alsın.

Bu gün Gürcüstan faktiki olaraq Azərbaycandan asılı vəziyyətdədir. Azərbaycanın güclü siyasi və iqtisadi dəstəyi olmadan bu ölkənin müstəqil dövlət kimi ayaqda durması çətin görünür. Azərbaycan bu gün kifayət qədər maliyyə resurslarına malik olan bir dövlətdir. Bu baxımdan Azərbaycan öz maliyyə vəsaitlərindən istifadə edərək boru xətləri, kəmərləri keçən əraziləri, torpaq sahələrini Gürcüstandan ala bilər və almalıdır".
Sizin Reklam Yeriniz