Əlaqə Arxiv
news Image
2012.11.23
07:25
| A A A
AMEA üzvlərinin orta yaş həddi 70-i keçib
“Bu ağır vəziyyətdən çıxış yolu elmi işi gənclər üçün daha cəlbedici etməkdən ibarətdir”

"Azərbaycan Milli Elmlər Akademiyasında alimlərin orta yaş həddi həqiqətən də çox yuxarıdır. Hazırda Akademiyanın həqiqi və müxbir üzvlərinin orta yaş həddi 70-i keçib". Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, Akademiya əməkdaşlarının ümumi yaş həddi ümumilikdə 60 yaşdan yuxarıdır: "Bu göstərici də kifayət qədər yüksəkdir. AMEA əməkdaşları get-gedə yaşlaşır. Bu faktlar onu göstərir ki, AMEA əməkdaşlarının əksəriyyəti yaşlı insanlardı, gənc alimlərin sayı isə azdır. Gənclərin Akademiyaya axını istənilən səviyyədə deyil, azdır".

AMEA prezidenti bəyan edib ki, bu ağır vəziyyətdən çıxış yolu elmi işi gənclər üçün daha cəlbedici etməkdən ibarətdir: "Əməkhaqlarının artırılması, gənc alimlərin əmək şəraitinin yaxşılaşdırılması kimi məsələlər həllini tapsa, gənclərin elmə cəlb olunması artacaq".

M. Kərimovun sözlərinə görə, vəziyyətdən çıxış yollarından biri də Akademiyanın tərkibində AMEA-nın öz liseyi və universitetinin yaradılmasıdır: "AMEA-nın nizamnaməsi buna imkan verir. Nizamnaməyə uyğun olaraq biz AMEA-nın nəzdində tədris mərkəzi, lisey, hətta universitet yarada bilərik. Bu, gənc alimlərin elmə cəlb olunması üçün yaxşı bir şərait yaradardı. Elmə həvəs göstərən gənclərin seçilməsi üçün bu addım çox vacibdir". AMEA prezidenti deyib ki, rəhbərlik etdiyi qurum belə bir təkliflə artıq bir neçə dəfə çıxış edib: "Amma müəyyən problemlər var, onlar hələ ki, öz həllini tapmayıb. Biz "Elm haqqında" qanunun qəbulunu gözləyirik. O qanunla bir çox məsələlər də öz həllini tapacaq".
Sizin Reklam Yeriniz