news Image
2012.04.20
09:49
| A A A
Azərbaycanda hələ də bələdiyyə evləri tikilmir
Ramil Osmanov: “Hesab edirəm ki, yaxın gələcəkdə bələdiyyə evlərilə bağlı məsələdə irəliləyiş olacaq Cümşüd Nuriyev: “Ölkəmiz belə bir prosesə hazır deyil”

Nüsrət İbrahimli: "Yaxın gələcəkdə bu məsələ bizdə həllini tapacaq"

Azərbaycanda əhalinin mənzillə təminatı məsələsi hələ ciddi problem olaraq qalır. Hətta ipoteka krediti məsələsi bu problemin ciddi şəkildə həllinin öhdəsindən gələ bilməyib. Bunun nəticəsidir ki, hazırda paytaxta toplaşan əhalinin böyük əksəriyyətinin şəxsi mənzilləri yoxdur. Onlar kirayədə qalmağa məcburdurlar. Xarici ölkələrdə əhalinin mənzil təminatının təşkili üçün müxtəlif digər variantlara da əl atırlar. Belə variantlardan biri bələdiyyə adlanan  evlərin tikilib vətəndaşlara verilməsidir. Sahəsi kiçik olan belə evlər tikilib əsasən orta təbəqəyə mənsub insanlara verilir.

Bunun da nəticəsində Avropa dövlətlərində əhalinin mənzil problemi elə ciddi xarakter daşımır. Onu da qeyd edək ki, xarici ölkələrdə tikilən yaşayış binaları arasında məhz bələdiyyə evləri daha çox olması ilə seçilir. Azərbaycanda isə hələ ki, hər hansı bir bələdiyyə evləri yoxdur.

Görəsən ekspertlər düşünür, bələdiyyə evləri praktikasının ölkəmizdə tətbiqi mümkündürmü?   


Digər
ekspert Cümşüd Nuriyev isə bələdiyyə evləri praktikasının hazırda ölkəmiz üçün mümkün ola biləcəyinə şübhə ilə yanaşır: "Azərbaycanda da bələdiyyə evlərilə bağlı praktikasının tətbiqi üçün yeni bir mənzil kommunal sistemi yaradılmalıdır. Bunun üçün dövlət büdcəsindən müəyyən miqdar vəsait nəzərdə tutulmalıdır. Çünki Azərbaycanda urbanizasiya prosesi çox sürətlə gedir. Azərbaycan isə həmin prosesi qabaqlamaq iqtidarında deyil. Təbii ki, imkanı olan dövlət qurumları  öz işçiləri üçün mənzil probleminin həlli istiqamətində analoji addımları ata bilər. Məsələn, Dövlət Neft Şirkətinin belə imkanları var. Amma bələdiyyə evlərinə gəldikdə ölkəmizdə özünüidarə orqanlarından belə bir məsələnin həllinin istənilməsi mümkünsüzdür. Əvvəla, bizdə bələdiyyələrə seçilənlərin səviyyəsi çox aşağıdır. Həm bələdiyyələr bir idarəetmə institutu kimi hələ təşəkkül tapa bilməyib. Digər tərəfdən, bələdiyyə evləri məsələsinin həllinə girişsək, o da digər bu tip layihələrin vəziyyətinə düşə bilər. Yəni ölkəmiz belə bir prosesə hazır deyil. Ona görə birdən-birə belə bir addımın atılmasının dərəcədə uğurlu olacağı bir qədər şübhəli görünür. Eyni zamanda bələdiyyə evlərinin tikintisi məsələsi yeni rüşvət sahəsinə yol aça bilər. Azərbaycan hələ ki, bələdiyyə evlərinin tikintisi məsələsinə hazır deyil"."Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanovun fikrincə, ölkəmizdə bələdiyyə evləri deyilən yaşayış binalarının tikintisi mümkündür. Hətta o bildirdi ki, Mənzil Məcəlləsində bu amil nəzərə alınıb: "Azərbaycanda üç il bundan öncə "Mənzil Məcəlləsi" qəbul olunub. Ölkədə bələdiyyə evlərinin tikilməsi məsələsi həmin məcəllədə öz əksini tamamilə tapıb. Azərbaycanın mənzil fondunun idarə olunması faktiki olaraq məcəllədə 4 istiqamət üzrə bölünüb. Bunlardan biri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, digəri mənzil tikinti kooperativləri  tərəfindən tikiləcək mənzillərə aiddir. Kommunal mənzillər isə dövlətin balansında olmaqla sosial kirayəyə verilə bilər. Nəhayət dördüncüsü bələdiyyə mülkiyyətində olan bələdiyyə mənzilləri olacaq. Hansı ki, onları sosial kirayə deyilən bir anlayışa əsasən mənzil təminatını yaxşılaşdırmaq imkanı olmayan təbəqələrə, aztəminatlı şəhid ailələrinə vermək nəzərdə tutulur. Amma Azərbaycanda Mənzil Məcəlləsi təzə qəbul olunduğundan qanunvericilikdən irəli gələn məsələlərin icra olunmasına müəyyən zaman lazımdır. Hesab edirəm ki, ən azından yaxın gələcəkdə bələdiyyə evlərilə bağlı məsələdə irəliləyiş olacaq həmin məsələnin icrasına başlanılacaq. Proses tam şəkildə olmasa da, onun qismən həlli mümkündür. Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən müəyyən qərarların qəbulu gözlənilir".

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli bu qənaətdədir ki, yaxın gələcək üçün bələdiyyə evlərilə bağlı məsələ Azərbaycanda da öz həllini tapacaq: "Yaxın gələcəkdə bu məsələ bizdə olacaq. Amma hazırda ümumi bazar hələ formalaşma mərhələsindədir. Hələ ki, tikinti şirkətlərini, kredit təşkilatları, investorlar qismində bazarın ilkin iştirakçılarını formalaşdırırıq. İnanıram ki, həmin seqmentlər formalaşandan sonra tədricən mənzil tikintisi sahəsində digər sahələrə keçiləcək. O vaxta qədər isə gərəkdir ki, özünüidarə orqanlarının özləri formalaşsın. Bilək ki, bələdiyyədən istəyirik, onlar da səlahiyyətlərinin konkret nədən ibarət olduğunu dəqiq bilməlidir. Ardınca əmlaklarının nədən ibarət olduğunu müəyyənləşdirmək üçün əmlaklarını müəyyənləşdirməliyik. Hələliksə, bizdə özünüidarə orqanları bələdiyyə evlərilə bağlı sahəni inkişaf etdirməyə hazır deyillər".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs