DSMF-in hədəfləri açıqlandı
Sığorta edənlərin uçota alınması, məcburi dövlət sığorta haqlarının hesablanması 2020-ci ilə kimi tam avtomatlaşdırılacaq
Azərbaycanda 2020-ci ildə sığorta-pensiya sistemində vətəndaşla
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları arasında birbaşa
əlaqə yarada bilən bütün hallar aradan qaldırılacaq. Lent.az-ın
verdiyi məlumata görə, bunu jurnalistlərə DSMF sədri Səlim Müslümov
söyləyib. Səlim Müslümov deyib ki, sığorta edənlərin uçota
alınması, məcburi dövlət sığorta haqlarının hesablanması, DSMF
tərəfindən bu prosesə audit və digər vasitələrlə nəzarət edilməsi
2020-ci ilə kimi tam avtomatlaşdırılacaq. DSMF sədri qeyd edib ki,
bu il aprelin 1-ə qədər Azərbaycanda 1 milyon 978 mindən artıq
sığortaolunana sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi
hesab açılıb. Səlim Müslümov bildirib ki, 2020-ci ilə kimi
məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət
sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların
elektron qaydada ötürülməsi və qəbulu həyata keçiriləcək.