news Image
2012.04.21
11:31
| A A A
Ayaqüstü yeməklərin tərkibinə təhlükəli duzlar qatılır
Adil Qeybulla: “Əhalinin özü tədbirli olmalı, fastfood yeməklərinə sanitar nəzarət gücləndirilməlidir” Tahir Əmiraslanov: “Problemdən çıxış yolu fastfood yemək məkanlarının bağlanmasıdır”

Azərbaycanda insanlar bir çox hallarda ayaqüstü yeməklərdən istifadə edir. Bu zaman həmin yeməklərin onların orqanizmində kimi fəsadlar törədə biləcəyini çoxları heç ağıllarına belə gətirmirlər. Halbuki, ayaqüstü ya fastfood yeməklərin tərkibindəki maddələr insan sağlamlığı üçün olduqca ziyanlıdır. Buna baxmayaraq demək olar ki, şəhərin hər bir mərkəzində fastfood olan dönər, buterbrod, sendviç s. bu tip yeməklərə rast gəlinir.

Özü həmin yeməklərə aludə olanlar əsasən məktəb şagirdlərilə universitet tələbələridir. Araşdırmalara görə, fastfood yeməklərin bir çoxunun tərkibinə həm insan orqanizmi üçün təhlükəli olan duzlar qatırlar. Özü bu duzlar çox vaxt yodlaşdırılmamış olur. Adətən, yodlaşdırılmamış duzları hər hansı bir yemək məhsulunun üzərinə qatmaq yolverilməzdir. Bu insan həyatı üçün təhlükədir. Amma araşdırmalar göstərir ki, fastfood yeməklərinin hazırlanması prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Mövcud problem onun həll edilməsini vacib edir. Görəsən, fastfood yeməkləri ətrafında yaranan problemlərin həlli üçün etmək lazımdır?

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, fastfood yeməkləri ətrafında yaranan problemlərin həllinə nail olmaq üçün əhalinin özünün maariflənməsi hökumətin prosesə ciddi şəkildə nəzarət etməsi lazımdır: "Bu yeməklərlə bağlı insan orqanizmi üçün əsas problem istifadə olunan yağlarla bağlıdır. Həmin fastfood yeməklərdə yağlar uzun müddət qaynadılır ki, bu da sonda insan orqanizmi üçün ziyanlı konsegen maddələr əmələ gətirir. Həmin maddə qidaya hopmaqla onu həzm edir orqanizmdə narahatçılıq yaradır. Hətta şiş xəstəliklərinə səbəb ola bilər. Dönərlərə gəldikdə, onun ətinin keyfiyyətli olmaması bir yana, bu əti odun üstündə dəfələrlə yandırırlar. Nəticədə ətin demək olar ki, bütün kalorisi itir. Belə vəziyyət dönərlərlə bağlı prosesin texniki baxımdan düzgün qurulmadığını göstərir. Dönərlər konsegen maddələrin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dönər, buterbrod s. bu kimi yeməklərin tərkibinə insan orqanizmi üçün təhlükəli duzların qatılması halı da düzgün deyil. Ümumiyyətlə, yodlaşdırılmayan duzların hər hansı bir məhsul yeməyə qatılması yolverilməzdir. Bu insanı bilə-bilə ölümə sürükləmək kimi bir şeydir. Hesab edirəm ki, küçədən dönər alınmamalıdır. Belə məkanlara sanitar-epidemioloji nəzarət güclü olmalı, dönər ətləri axşamdan səhərə qalmamalıdır. Fastfood yeməklərin tərkibində təhlükəli duz maddələrinin olmasına qarşı əhalinin özü tədbirli olmalıdır. Onlara məsləhət görərdim ki, ümumiyyətlə bu tip yeməklərdən uzaq olsunlar. Eyni zamanda elektron çap KİV-lərində fastfood yeməklərin törətdiyi fəsadlar barədə geniş məlumatlar verilməlidir ki, insanlar belə qidaları qəbul etməkdən uzaq olsunlar. Həmçinin dövlətin özünün təhlükəsizlik konsepsiyası olmalıdır. Müvafiq qurumların belə yeməkləri istehsal edən sahələri yoxlamaları formal xarakter daşımamalıdır. İnsanların özləri prosesə ciddi diqqət yetirməlidir. Çünki fastfood yeməklərdən istifadə təhlükəli olduğundan ona diqqət yetirmək şəxsi sağlamlıq məsələsidir".

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə problemdən çıxış yolunu fastfood yemək məkanlarının bağlanmasında görür: "Fastfood yeməklərə insan orqanizmi üçün təhlükəli duzların qatılması o deməkdir ki, həmin yemək düzgün qaydalara uyğun bişirilmir. Bu isə yolverilməzdir. Eyni zamanda bu tip yeməklərin zərərli olması onun bişirilməsində istifadə olunan avadanlığın düzgün olmaması, ərzağın özünün xarab olmasından irəli gələ bilər. Biz ümumiyyətlə fastfood yeməklərin əleyhinəyik. O qədər təmiz olsa da, ayaq üstə yeyildiyindən mədə-bağırsaqda həzm prosesinin normal getməsini əngəlləyir. Nəticədə mədə pozulur. Belədə isə həm qida mədəniyyətimiz pozulur. Bir çox ölkələrdə artıq fastfood yeməklərdən imtina edilməyə başlanılıb. Bizdə belə bir addım atılmalıdır, bu tip ocaqlar bağlanmalıdır. Adam kimi yeməyəcəyiksə, onda niyə yaşayırıq".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs