Əlaqə Arxiv
news Image
2012.04.21
22:55
| A A A
İctimai Palatanın 8 aprel mitinqi fiaskoya uğradı
“Heç bir ölkənin təcrübəsində yoxdur ki, müxalifət iqtidarı tənqid etsin, amma iqtidar müxalifəti tənqid etməsin”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında müxalifətin ünvanına səsləndirdiyi fikirlərlə həmrəyəm. Bunu SalamNews-a AnaVətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Deputat söyləyib ki, prezident İlham Əliyevin 8 aprel mitinqi ilə bağlı işlətdiyi ifadələri sərt qəbul etmək düzgün dəyərləndirmə deyil. Onun sözlərinə görə, ən demokratik ölkələrdə belə iqtidar müxalifətin hər hansı bir hərəkətinə adekvat addım atır. Prezidentin çıxışındakı sözləri müxalifətə qarşı atılmış addım kimi qəbul etmək lazımdır.

F.Ağamalı deyib: "İctimai Palatanın (İP) 8 aprel mitinqi fiaskoya uğradı. Müxalifətin illər boyu hakimiyyətin uğursuz siyasət apardığını, xalqın əsas hissəsinin hökumətdən narazı olması haqda səsləndirdiyi bəyanatları mitinqdə təsdiqini tapmadı. 8 aprel aksiyasında maksimum 1500-2000 insan iştirak edirdi. Onlar da kütləvi yox, dağınıq vəziyyətdə toplaşmışdı. Bu, birdaha müxalifətin zəifliyini, gücsüzlüyünü nümayiş etdirdi. Prezident səsləndirdiyi bəyanatda bunu deməyə çalışıb. O, bununla xalqın yox, Müsavat AXCP-ninlayiq olduğu yerə getdiklərini demək istəyib. Hesab edirəm ki, bu yanaşmanı sərt qələmə vermək düzgün deyil. Bu məsələ ətrafında geniş uzun spekulyasiya etməyə lüzum görmürəm. Müxalifət iqtidarı demək olar ki, hər gün müxtəlif vasitələrlə tənqid edir. Amma iqtidar buna normal yanaşır. Düşünürəm ki, prezidentin çıxışında müxalifətin ünvanına səsləndirdiyi fikirlərə dözümlülük nümayiş etdirmək lazımdır. Çünki heç bir ölkənin təcrübəsində yoxdur ki, müxalifət iqtidarı tənqid etsin, amma iqtidar müxalifəti tənqid etməsin. Ona görə dünyanın ən demokratik dövlətlərində müxalifətin iqtidarı, iqtidarın da müxalifəti tənqid etməsi təcrübəsi mövcuddur". 

Sizin Reklam Yeriniz