Əlaqə Arxiv
news Image
2013.02.06
12:55
| A A A
Əkrəm Əylisli: " Bəxtiyar Vahabzadə ilə əsərlə bağlı aramızda mübahisəmiz düşüb"
"Bəxtiyar Vahabzadə ilə münasibətimiz o qədər də pis olmayıb. O, mənim müəllimim olub. Aramızda əsərlə bağlı bir dəfə mübahisə düşüb.  O da Bəxtiyar Vahabzadənin Gülüstan əsəri ilə bağlı olub.  Bəxtiyar Vahabzadə deyirdi ki, məni o əsərimə görə çox təqib ediblər. Onda mübahisəmiz düşmüşdü. İnanmıram ona görə Bəxtiyar Vahabzadə mənə belə bir şer yazsın".
Bu sözləri Movqe.az-a açıqlamasında Əkrəm Əylisli deyib: "Bir də Bəxtiyar Vahabzadə elə qorxaq adam deyildi ki, o şeri mənə yazıb gizlədə. Axı nədən, kimdən qorxurdu Bəxtiyar. Bu "Axtarırsan" şeri bir təxribatdır mənə qarşı. Kimsə tapıb üzə çıxardıb. Qoymurlar mən gündəmdən düşüm. Bu məsələ köhnəlsin. Bu şerin mənə ithaf olunduğuna inanmıram. Bir də Bəxtiyar sağ deyil ki, ondan soruşaq ki, bu şeri kimə yazmısan. Artıq mən yorulmuşam bu məsələrdən. İmkan vermirlər". 

Sizin Reklam Yeriniz