Əlaqə Arxiv
news Image
2013.02.07
12:22
| A A A
Əkrəm Əylisli qalmaqallı əsəri ilə bağlı bəyanat verdi
Əkrəm Əylisli:"Yaradıcılığım mənim varlığımdır,öz əsərimdən imtina etməyəcəm" "Edilən təyziqlərə, mənim barəmdə səsləndirilən fikirlərə baxmayaraq, öz əsərimdən imtina etməyəcəm. Bəziləri elə fikirləşirlər ki, hətta belə söz-söhbətlər gəzir ki, mən "Daş Yuxular" əsərimin müəllifliyindən imtina edəcəm. Bunun üçün heç bir əsas yoxdur".
Bu sözləri Movqe.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli söyləyib: "Bir qrup məni məhkəmə ilə hədələyir və sair. Nəyi məhkəməyə çıxaracaqlar. Bədii əsəri siyasiləşdirmək olmaz. Əsərdi yazmışam. Mən varlığımdan imtina etmərəm. Yaradıcılığım mənim varlığımdır. İndiyədək hansısa yazıçı öz əsərindən imtina edib ki, mən də yazdığım əsərdən imtina edəm? Bu bir bədii əsərdir. Bunu tarixiləşdirmək, siyasiləşdirmək lazım deyil".  
Sizin Reklam Yeriniz