Əlaqə Arxiv
news Image
2013.02.11
10:15
| A A A
Əkrəm Əylisli, cavab ver!
“1991- 92 ci il kimi ağır məqamlarda oğlunuz İlyası, sizə məhəbbətimə görə işə götürmüşdüm.

Keçmiş xalq yazıçısı Əkrəm Əylisliyə və müəllifi olduğu əsərə növbəti münasibət bildirənlərdən biri də sosioloq Əhməd Qəşəmoğlu oldu.

Əylisli "həzrətlərinə" bir neçə sual:

1. Siz ermənilərin Akulis dediyi kəndin əsl adının "Ağ Ulus" olduğunu bilmirsinizmi? Nədən, sizin fikrinizcə, ermənilər müqəddəs saydıqları, 12 kilsə tikdikləri o kəndlərinə erməni adı verməmişdilər?

2. Adif bəyin o Ağ Ulus kəndində nə işi var idi? Siz bəyəm, əla bilmirsiniz ki, əvvəlcə ermənilər Andronikin dəstələri ilə və s. Zəngəzuru və Naxçıvanı qılıncdan keçirdikləri, camaatın belinə qaynar somavar bağladığı vaxtda Naxçıvandan Türkiyəyə nümayəndə heyətinə gedib yalvarmışdılar ki, gəlib onları xilas etsinlər. Adif Ağ Ulusa gələndən bir az əvvəl sizin o sevimli "qaniçənləriniz" qonşu kənddə 250 adamı öldürmüşdülər. Adif gəlmişdi ki, sizin ananızın, atanızın təhlükəsizliyini qorusun.

3) 1989 - cu ildə mən də sizinlə eyni vaxtda bu Bakıdaydım. Bəyəm, siz bilmirdiniz ki, ermənilərə hücum edənlər yalnız "yerazlar" deyil?!

4) Sizcə, bu "yeraz" dediklərinizin 1989 - cu ildə Bakıda nə işi vardı və onlar niyə Bakıda idi? Hansı vəziyyətdə gəlmişdilər?

5) Siz daxilən, ruhən erməniləşmisiniz. Bu, öz işinizdir. Amma nədən ziyalı erməniyə yox, pravakator erməniyə layiq əsər yazdınız?

6) Siz doğrudanmı nə hoqqa çıxardığınızın fərqində deyilsiniz? Ermənilər genosid dedikləri şeyin 100, biz Xocalı qətliamının 20 illiyini qeyd etdiyimiz ərəfədə türk dünyasına, pasportunu daşıdığınız xalqa hansı zərbə vurduğunuzu derk etmirsinizmi?

7) Bir ekspert olaraq 100 faiz əminliklə deyirəm ki, sizin bu əsərciyiniz  zamanın heç bir sınağından keçməyəcək və siz tarixə nankor bir adam kimi düşəcəksiniz.

8) Siz bəyəm hiss etmirsiniz ki, bütün xalqı qəzəbləndirmisiniz? Neçə adam sizin üzünüzdən ürək, baş ağrısı keçirib, təzyiqi qalxıb. Elə hər tərəfə müsahibə verirsiniz ki, mən bu xalqı tanıyıram: "Onlar mənə pis olmaz. Təzyiqi mənə dövlət edir". Siz bu xalqı nə sayırsınız ki, bele bir şey yazırsınız?

9) Siz doğurdanmı xalqımızdan utanmırsınız və özünüzün haqlı olduğunuzu israr edirsiniz?

10) Kimə, hansı qüvvəyə arxayınsınızsa, səhv edirsiniz?! Nə tarix, nə də mötəbər mükafat sahibləri nankor əsərə özlədiyiniz qiyməti verməz! Nə qazansanız mənəvi olaraq kökləndiyiniz, ruhları ruhunuzdan olan pravakator ermənilərdən qazanacaqsınız! Əsl erməni ziyalıları belə, sizin səviyyənizə enməz!

11. Bir vaxt Sizi sevən adamlar hansı üzlə Sizi müdafiə etsinlər?!

12. Ailə üzvlərinizin işdən azad edilməsini çoxları təəsüflə qarşılayır. Amma, siz ki gözəl bilirsiniz. Onlar tək öz qabiliyyətlərinə görə yox, sizə olan məhəbbətin hesabına o məqama yüksəlmişdilər. İndi artıq o məhəbbət yoxdur. Onları o məqamda saxlayan dayağı siz baltalamısınız! Şəxsən mən özüm də 1991-92 ci il kimi ağır məqamlarda oğlunuz İlyası, sizə məhəbbətimə görə işə götürmüşdüm.

Sizin Reklam Yeriniz