Əlaqə Arxiv
news Image
2017.05.07
13:30
| A A A
Sabahın hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 13-15° isti, gündüz 25-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz