Əlaqə Arxiv
news Image
2017.05.11
13:30
| A A A
Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb
Proqnozlar Bürosu: Havanın temperaturu tədricən düzələcək

Qeyri-sabit hava şəraitinin, güclü küləyin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova movqe.az-a açıqlamasında bildirib ki, may ayının 12-si gündüz saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir: "Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 13-ü səhər saatlarınadək davam edəcək".
G.Məmmədova qeyd edib ki, bu gün və sabah gün ərzində havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək: "Temperaturun enməsi sabah müşahidə olunacaq. Havanın temperaturu tədricən düzələcək". 

Sizin Reklam Yeriniz