Əlaqə Arxiv
news Image
2017.05.15
14:11
| A A A
Yağış yağacaq, dolu düşəcək, bəzi çaylarda daşqın gözlənilir - XƏBƏRDARLIQ

Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
 
Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
 
Mülayim  şimal-qərb küləyi arabir güclənəcək.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.
 
Mayın 15-i axşamdan 16-sı səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 
 
Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Sizin Reklam Yeriniz