Əlaqə Arxiv
news Image
2017.06.23
13:05
| A A A
Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.
 
Şimal küləyi gündüz mülayim  cənub-şərq küləyi  ilə əvəz  olunacaq.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  761 mm civə sütunundan 758  mm civə sütununa enəcək. 
 
Nisbi rütubət  gecə 70-80 %,  gündüz  45-55%  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb  küləyi  gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-32° isti, dağlarda gecə  8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
 

Sizin Reklam Yeriniz