Əlaqə Arxiv
news Image
2017.07.26
12:46
| A A A
Külək davam edəcək, bəzi yerlərdə güclənəcək

İyulun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. 
 
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36°, Bakıda gecə 24-26° isti, gündüz  32-34° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz