Əlaqə Arxiv
news Image
2017.08.04
13:12
| A A A
Hava ilə bağlı XƏBƏRDAQRLIQ

Sinoptiklər avqustun 5-dən 10-dək Azərbaycan ərazisində havanın istiləşəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  Movqe.az-a  verilən məlumata görə, avqustun 5-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi günlərində 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.

Avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir.

Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.

Avqustun 5-dən birinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz