Əlaqə Arxiv
news Image
2017.08.07
10:36
| A A A
İki gün ərzində 11 nəfəri gün vurdu

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib.

Movqe.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. 
 
Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.

Sizin Reklam Yeriniz