Əlaqə Arxiv
news Image
2017.08.09
15:39
| A A A
Nazirlik Bakıda 62 dərəcə istinin qeydə alınması haqda məlumatlara münasibət bildirib

Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağının elektron lövhəsində havanın temperaturunun 62 dərəcə qeyd olunması haqda məlumatlara münasibət bildirib.
 
ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avtobus dayanacağı tam günəş şüasının təsiri altında olduğundan dəmir qızdığı üçün, eyni zamanda asfaltın istisi nəticəsində belə bir rəqəm əmələ gəlib.
 
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun temperatur ölçən qurğuları xüsusi meydançalarda yer səthindən 2 metr hündürlükdə yerləşir: “Bir daha qeyd edirəm ki, sırf günəş şüasının təsiri, habelə asfaltın istisi nəticəsində lövhə temperaturu 62 dərəcə göstərib”.
 
G. Məmmədova qeyd edib ki, stansiyalardan alınmış temperatur göstəricilərinə əsasən, Bakıda və Abşeron yarımadasında dəqiq 42-43 dərəcə isti müşahidə olunur.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda avtobus dayanacaqlarından birinin elektron lövhəsində temperaturun 62 dərəcə göstərildiyi foto yayılıb. 

Sizin Reklam Yeriniz