Əlaqə Arxiv
news Image
2017.08.23
12:46
| A A A
Bəzi yerlərdə 41 dərəcə isti gözlənilir

Avqustun 24-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Şimal-şərq küləyi əsəcək.
 
ETSN-dən AMovqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  22-25° isti, gündüz  32-37° isti, Bakıda gecə  23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  45-55 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan,
Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  20-25°, gündüz  36-41° isti, dağlarda gecə 14-19°, gündüz  25-30° isti olacağı gözlənilir.
 

Sizin Reklam Yeriniz