Əlaqə Arxiv
news Image
2017.09.12
12:35
| A A A
Hava yağmursuz keçəcək, bəzi yerlərdə külək güclənəcək

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 761  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 65-75 %, gündüz  50-60 % olacaq. 
 
Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz