news Image
2017.09.17
15:40
| A A A
Həftənin ilk iş günü hava necə olacaq?

Azərbaycanda sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayılda hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçalada hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs