Əlaqə Arxiv
news Image
2017.09.18
12:13
| A A A
İsti hava davam edəcək

Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Şimal-qərb küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  17-21° isti, gündüz  30-35° isti, Bakıda gecə  18-20°, gündüz  33-35° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 70-80 %, gündüz  40-50 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  
 
Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz