Əlaqə Arxiv
news Image
2017.10.01
12:45
| A A A
Sabaha olan hava proqnozu açıqlanıb

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Movqe.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz