Əlaqə Arxiv
news Image
2017.10.03
12:26
| A A A
Yağmurlu hava davam edəcəkmi?

Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi  əsəcək.
 
ETSN-dən Movqe.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz  14-16° isti, Bakıda gecə  11-13°, gündüz  14-16° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  75-85 % olacaq. 
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə  7-12°, gündüz  14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz