Əlaqə Arxiv
news Image
2017.10.24
12:57
| A A A
Meteohəssas insanlarda narahatlıq yaranacaq

Oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
 
Mülayim cənub küləyi əsəcək.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz  18-22° isti, Bakıda gecə  11-13°, gündüz  20-22° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
 
Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz