Əlaqə Arxiv
news Image
2017.11.10
11:13
| A A A
Azərbaycanda güclü yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub

Azərbaycanda noyabrın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən movqe.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 3-16 mm olub. 

Sizin Reklam Yeriniz