Əlaqə Arxiv
news Image
2017.12.15
13:15
| A A A
Sabahın HAVAsı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 16-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

Sizin Reklam Yeriniz