Əlaqə Arxiv
news Image
2018.01.18
13:30
| A A A
Ümumxalq Hüzn Gününün havası açıqlandı - Temperatur enəcək, hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarmadasında, o cümlədən Aran rayonlarında havanın temperaturu nisbətən yüksələcək.

Bunu özəl olaraq Trendə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturunun 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Sabah gündüz isə temperatur yüksələrək 7-12 dərəcə olacaq. Mərkəzi Aran rayonlarında isə temperatur 5-10 dərəcə isti müşahidə ediləcək.

A.Verdiyev qeyd edib ki, dağlıq ərazilərdə şaxtalı hava hökm sürəcək. Sabah dağlıq ərazuilərdə 0-3 dərəcə şaxta gözlənilir.

A.Verdiyev qeyd edib ki, yanvarın 20-də havanın temperaturu yenidən enəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-8 dərəcə təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Sizin Reklam Yeriniz