Əlaqə Arxiv
news Image
2018.01.22
14:23
| A A A
İran toz dumanına qərq olub, insanların səhhətində problem yaranıb

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Abadan şəhəri üzrə inistitut rəhbəri Əlirza  Amuzəndə deyib.

Ə.Amuzəndə bildirib ki, insanlar ötən 3 gün ərzində Abadan, Xorrəmşəhr və Şadqan şəhərlərində  yerləşən xəstəxanalara müraciət edib: "Havada olan toz dumanına görə Abadan şəhərində tənəffüs problemi yaşayan 49 nəfərin vəziyyəti ağır olduğu üçün onlar stasionar müalicəyə cəlb olunub. Xorrəmşəhrdə 55 nəfər müraciət edib ki, onlardan 25 nəfəri hazırda xəstəxanadadır. Şadqan şəhərində isə 138 nəfər həkimə müraciət edib və onlardan 14 nəfəri hazırda xəstəxanada müalicə alır".

Toz dumanı səbəbilə Abadan və Xorəmşəhrdə insanlar gündəlik işlərini görməkdə çətinlik çəkiblər, evlərindən bayıra çıxa bilməyiblər. Məktəblərdə dərslər dayandırılıb. 
 
Qeyd edək ki, uzun illərdir İranın cənub bölgəsində yerləşən şəhərlər toz dumanına məruz qalır. Tozun Səudiyyə Ərəbistanı və İraqdakı səhralardan qaynaqlandığı bildirilir.

Sizin Reklam Yeriniz