Əlaqə Arxiv
news Image
2018.02.18
16:18
| A A A
Bakıya sulu qar, rayonlara qar - Sabahın HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında buludlu havaşəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata əsasən, gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevrilmə ehtimalı var.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.

Fevralın 19-da Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam, əsasən, yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Duman olacaq, Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Sizin Reklam Yeriniz