Əlaqə Arxiv
news Image
2018.03.18
15:02
| A A A
Sabahın hava proqnozu açıqlanıb

Ölkə ərazisində martın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüzu arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 16-21° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 10-15° isti olacaq.

 

 

 

 

 

Sizin Reklam Yeriniz