Əlaqə Arxiv
news Image
2018.03.20
13:40
| A A A
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz