Əlaqə Arxiv
news Image
2018.03.30
10:42
| A A A
Güclü küləklə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə "Azərişıq" ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

ASC-dən Movqe.az-a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

 

"Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 "Çağrı mərkəzi"nə zəng etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

Sizin Reklam Yeriniz