Əlaqə Arxiv
news Image
2018.04.05
16:29
| A A A
Temperatur 20 dərəcəyə qalxacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15,  Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.
 
 
Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 
 
 
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz