Əlaqə Arxiv
news Image
2018.06.01
13:19
| A A A
Umayra Tağıyeva: "Bu ilin yay aylarında anomal istilər gözlənilir"

"Ötən illərdə olduğu kimi, 2018-ci ilin yay aylarında anomal istilər gözlənilir".
Movqe.az xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.
O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir: "Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq".
U.Tağıyeva qeyd edib ki, yayda müşahidə olunan anomal istilər insan səhhətinə mənfi təsir edir: "Bu səbəbdən də, uzun müddət çöldə qalmaq məsləhət deyil. Saat 11-dən saat 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir".

Sizin Reklam Yeriniz