Əlaqə Arxiv
news Image
2018.07.11
10:36
| A A A
İsti havada günvurma təhlükəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  hava ilə bağlı əhaliyə xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edilir. Mərkəzi Aran rayonlarının bəzi yerlərində temperaturun 41-43 dərəcəyə yüksələcəyi bildirilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr ş­öbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva Movqe.az-a açıqlamasında yenidən temperaturun yüksəlməsinin yay fəsli üçün xarakterik olduğunu bildirib. Onun sözlərinə görə, iqlim dəyişiklikləri artıq belə isti havaları yay fəsli üçün xarakterik edib: "Biz iyun ayında bundan da yüksək temperaturda istilər müşahidə etdik. Ona görə də temperaturun 41 dərəcəyə yüksəlməsi ölkədə qeydə alınan hava şəraitidir". U. Tağıyeva bildirib ki, isti hava şəraiti, əsasən iki gün müşahidə olunacaq:" Bu dəfəki isti hava uzun çəkməyəcək. İki gündən sonra ölkədə hava sərinləyəcək". Həkimlər isti havada günvurma təhlükəsi olduğunu söyləyirlər. Həkim İradə Əliyeva isti havada bəzi tövsiyyələrə əməl etməyin vacib olduğunu bildirirlər:" “Səhər saat 11-dən 17:00-a dək gün altına çıxmaq məsləhət görülmür. Ən çox günvurma hadisələri də elə bu saatlarda gün altında gəzən insanlarda qeydə alınır. Biz tövsiyyə edirik ki, bu saatlarda gün altına çıxanlar mütləq başlarına papaq, ləçək, yaxud da çətir tutsunlar. Məsləhətlərimizdən biri də geyimlə bağlıdır. İsti havalarda mümkün qədər təbii parçalardan tikilmiş geyimlərə üstünlük vermək lazımdır. İmkan olduğu qədər dar paltarlardan uzaq durmaq, gen paltarlar geyinmək məsləhətdir. Bu ona görədir ki, hasil olmuş tər buxarlana bilsin. Bununla yanaşı sərin mayelərə üstünlük vermək lazımdır. Qazlı, şirin və rəngli sulardan isə mümkün qədər uzaq durmaq tövsiyyə edilir. Sərin qazsız sular, az şirin kompotlar və az duzlu ayranlar isti havalarda daha çox qəbul edilməlidir”.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz