Əlaqə Arxiv
news Image
2018.07.19
14:45
| A A A
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanda hava şəraitinin pısləşəcəyi haqda xəbərdarlıq yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəna daxil olan xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. 

Sizin Reklam Yeriniz