Əlaqə Arxiv
news Image
2018.12.08
12:35
| A A A
Bu gün paytaxtda hava yağmurlu, rayonlarda isə qar ehtimalı var

Şənbə günü üçün bəzi yerlərdə arabir yağış yağacağı, şimal küləyi əsəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Hazırda Paytaxtın bəzi yerlərində yağış müşahidə edilir.

Azərbaycanın rayonlarında isə bu gün bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Sizin Reklam Yeriniz