Əlaqə Arxiv
news Image
2018.12.13
13:22
| A A A
Növbəti üç günün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Movqe.az-a açıqlamasında bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".
Direktor qeyd edib ki, Bakıda 9-12, Mərkəzi Aranda 8-13, Dağlıq ərazilərdə 3-6 dərəcə isti olacaq: "Şimal-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

Sizin Reklam Yeriniz