Əlaqə Arxiv
news Image
2019.01.15
12:48
| A A A
2 günə Bakıya qar yağacaq - Temperatur 10 dərəcə enəcək

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Movqe.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək.

Departamentin direktoru bildirib ki, respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz