Əlaqə Arxiv
news Image
2019.01.18
12:43
| A A A
ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək

Hazırda Azərbaycanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. 

Sizin Reklam Yeriniz