Əlaqə Arxiv
news Image
2019.01.18
14:30
| A A A
Ötən gün küləyin maksimal sürəti saniyədə 40 metrə çatıb

Yanvarın 17-18-də ən təhlükəli və güclü gülək Bakıda və Abşeron yarımadasında müşahidə olunub.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 40 metrə çatıb: "Rayonlarda daha az sürətli külək müşahidə olunub, bəzi rayonlarda nisbətən güclü olub. Küləyin maksimal sürəti saniyədə 28 metrdən çox olmayıb".

Sizin Reklam Yeriniz