news Image
2019.03.09
13:20
| A A A
ETSN qar uçqunu ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.