Əlaqə Arxiv
news Image
2019.05.31
13:02
| A A A
Sabah hava necə olacaq?

İyunun 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Sizin Reklam Yeriniz