Əlaqə Arxiv
news Image
2019.09.25
20:25
| A A A
Umayra Tağıyeva: Oktyabrın ilk günlərində temperatur iqlim normasından yüksək olacaq

Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur: "Bu, insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir. Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündə olduğu qədər olmasa da sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər.

Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də şiddətli olmayacaq".

U.Tağıyeva bildirib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarından normadan bir qədər artıq olacaq.

Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur.

Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payızda bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın neçə olacağı, qar yağıb-yağmayacağı barədə demək tezdir".

Sizin Reklam Yeriniz