Əlaqə Arxiv
news Image
2019.11.30
09:05
| A A A
İstirahət günlərinin hava proqnozu

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, dağlarda gecə 2-5, gündüz 5-7 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz